"Binaqadi Oil Company" evləri sökməyə hazırlaşır
"Binaqadi Oil Company"nin iddiası ilə daha bir neçə ev söküləcək. Neft şirkətinin torpaqlarını vətəndaşlara Xocasən yerli hakimiyyəti satıb.
Bakı İnzibati-iqtisadi məhkəməsi qanunsuz torpaq ayrılması məsələsinə baxıb. İlkin instansiya neftçilərin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı təsdiq edib. İşə Ali Məhkəmədə baxılacaq. "Binaqadi Oil Company" 2010-11-ci illərdə məhkəməsiz vətəndaşların evlərini söküb. 14 dekabr 2011-ci ildə Sulutəpədə ARDNŞ mühafizəçiləri ilə əlində bələdiyyənin icazəsi olan sakinlər arasında toqquşma olub. Mühafizəçilər onlarla adamı döyüb, "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasov xəsarət alıb.
Məhkəmədəki faktlara əsasən, "Binaqadi Oil Company"nin torpaqlarında minlərlə vətəndaş ev tikib. ARDNŞ bələdiyyələrin qanunsuz olaraq torpağı ələ keçirməsinə vaxtında reaksiya verməyib, nəticədə qəsəbələr yaranıb. Bundan sonra evlərin kütləvi söküntüsü başlayıb. --17D-
-
- İqtisadiyyat
- 11 Fevral 2014 13:25
-
- Cəmiyyət
- 11 Fevral 2014 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz