Bir sıra banklar dolların satışını dayandırıb
Dolların rəsmi məzənnəsinin bahalaşması ilə birlikdə bəzi banklar Amerika dollarının satışını yenə dayandırıblar.
Turan-ın məlumatına görə, “Respublika”, “VTB”, “Naxçıvan” və bir sıra digər banklar dollar satışını dayandırıb. Bu banklardan ardıcıl olaraq üçüncü gündür dolların manata nisbətdə məzənnəsinin bahalaşmasından sonra bu gün xarici valyuta satışının dayandırıldığını təsdiq ediblər.
Ekspertlər noyabr-dekabr aylarında bankların və şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar dolların məzənnəsinin bahalaşacağını proqnozlaşdırırdılar. -71D-
-
- Siyasət
- 20 Oktyabr 2016 14:21
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 14:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz