Gürcüstanla əmtəə dövriyyəsi 43,2% azalıb
2016-cı ilin yanvar-sentyabrında Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi $244,6 mln olub. Bu, ötən ilin eyni dövründəkindən 43,2% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
Gürcüstana $221,8 mln məbləğində ixrac bəyan edilib. Bu, ötən ilin eyni dövründəkindən 41,5% azdır. Azərbaycan mənbələrinin məlumatına görə, Gürcüstan mallarının idxal həcmi $22,7 mln olub. Bu, ötən ilindən 55,5% azdır.
Gürcüstan mənbələri iki ölkə arasında əmtəə dövriyyəsi haqda fərqli məlumat verir.
Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, ilin əvvəlindən Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi $415,1 mln olub. Bu, ötən ilin eyni dövründəkindən 29,5% azdır. Gürcüstan Azərbaycandan $321,1 mln (-17,5%) məbləğində idxal, $93,9 mln (2 dəfə az) məbləğində ixrac edib.
Gürcüstan və Azərbaycan əsasən kənd təsərrüfatı və ərzaq malları ilə ticarət edir. Azərbaycan bu ölkəyə qaz və neft məhsulları ixrac edir. 08B
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 14:23
-
- Cəmiyyət
- 20 Oktyabr 2016 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz