Birinci investisiya müsabiqəsi elan edilib
Dövlət Əmlak Məsələləri Komitəsi bu il ilk investisiya müsabiqəsini elan edib. Müsabiqəyə Gəncə Mənzil Tikinti Kombinatının demək olar ki, 100% səhmi çıxarılıb. Artıq 10 ildir ki, bu müəssisəyə müştəri tapılmır.
Komitə “Gəncə Mənzil Tikinti” ASC-nin 99,96% səhmi üçün 550 min manat və ya $343 750 dollar istəyir. Sonuncu dəfə səhmlər 2014-cü ilin aprelində investorlara təqdim olunub. O vaxtdan müəssisənin öhdəlikləri 519,6 min manatdan 315,1 min manata enib. Müəssisənin debitor borcları ödənilmyib və həmin səviyyədə - 248,9 min manat qalıb.
İnvestorlardan müəssisənin fəaliyyətinin bərpa edilməsi və ya hər hansı istehsalatın yaradılması tələb olunur.
Gəncə Mənzil Tikinti Kombinatı 1979-cu ildə istismara verilib. Müəssisənin 7 işçisi var. SC-nin nizamnamə kapitalı 2,7 mln. manata yaxındır.
Yanvarda dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni Dövlət Proqramının hazırlandığı barədə məlumat verilib. Mövcud proqram 2000-ci ilin avqustunda qəbul edilib.08D
-
- İqtisadiyyat
- 8 Fevral 2016 14:40
-
- Mədəniyyət
- 8 Fevral 2016 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz