Birinci rübdə AİF xətti ilə 15,2 mln manat ipoteka krediti verilib
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2013-cü ilin martında ümumi məbləği 7,74 mln manat olan ipoteka kreditləri veriblər. Fevralda bu göstərici 5,72 mln manat olub.
AİF-in məlumatına əsasən, hesabat ayında Fond 4,19 mln manat krediti təkrar maliyyələşdirib. İlin əvvəlindən ümumi təkrar maliyyələşmə məbləği 12,05 mln manat təşkil edib.
2006-cı ilin əvvəlindən Fondun xətti ilə 431,84 mln manat, ilin əvvəlindən 15,19 mln manat ipoteka krediti verilib. Kredit alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35, qalan 28%-i 36 yaşdan yuxarı olanlar alıb.
Dövlət təkcə sosial ipotekaya yardım edir. Bunun üçün son 2 ildə hər il 20 mln büdcə vəsaiti ayrılıb. 2013-cü ildə bu məbləğ 2 dəfə çox olub. AİF bu vəsaitlərin yarısını alıb. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir. 2009-2012-ci illərdə Fond 55 mln və 75 mln, 60 mln və 20 mln və 30 mln manat olan 5 emissiya yerləşdirib. Ötən ilin dekabrında Fondun 40 mln manat məbləğində sənədsiz, təminatlı, adlı istiqrazları qeydiyyata alınıb. Fond bu emissiyadan 14 mln manat yerləşdirib.
İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. -15B-
-
- Siyasət
- 4 Aprel 2013 14:50
-
- İqtisadiyyat
- 4 Aprel 2013 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz