Birjadankənar bazar yeni rekordlar vurur
Milli Depozit Mərkəzi (MDM) 7 aylıq fasilədən sonra qiymətli kağızlar bazarının vəziyyəti barədə informasiyanı açıqlayıb. Hər ay üzrə ümumiləşdirilmiş statistik məlumata əsasən, 2015-ci ilin dekabrında və 2016-cı ilin yanvarında səhmlərin alqı-satqısı üzrə birjadankənar platformada bağlanan əqdlər üzrə rekord göstərici qeydə alınıb.
2015-ci ilin dekabrında 50 əqd üzrə 132 mln manat, bu ilin yanvarında 18 əqd üzrə 92,4 mln manat məbləğində qiymətli kağızlar alqı-satqı predmeti olub. Bu ilin fevral-aprelində 21,4 mln manat məbləğində qiymətli kağızlar satılıb.
Birjadankənar platformada əqd həcminin bir hissəsi Holcim (Azerbaycan) şirkətinin 10% səhmlərinin alqı-satqısı üzrə əqdlərin payına düşüb.
Qeyd edək ki, Bakı Fond Birjası 2016-cı ilin fevralından naməlum səbəbdən qiymətli kağızlarla birjadankənar əməliyyatlar barədə məlumatların verilməsini dayandırıb. Azərbaycan, bəlkə də, dünyada yeganə ölkədir ki, QK üzrə birjadankənar əqdlər barədə informasiya qapalı sayılır. 08D
-
- İqtisadiyyat
- 4 İyun 2016 06:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz