Birlik Bank müflis olub

 

1 saylı bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə "Birlik Bank" ASC müflis elan edilib və müflislik prosesi başlayıb. "PR VAM Beynelxalq Audit Konsaltinq" MMC bankın ləğvedicisi təyin edilib. 

Azərbaycan Mərkəzi Bankı ötən ilin yanvarında "Birlik Bank"ın lisenziyasını ləğv edib və qərarı bankın kreditorlar qarşısında öhdəliyə əməl etməməsi, aktivlərinin təhlükəsizliyini təmin etməməsi, bank qanunvericiliyini pozması, cari fəaliyyətin etibarlı olmaması, prudensial qaydalar əsasında həyata keçirilməməsi ilə əsaslandırıb. Bundan başqa, bank AMB-nin tapşırıqlarına əməl etməyib.–15D--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti