Bolqarıstanın baş naziri böyük qaz üçün Bakıya gəlir
Bolqarıstanın baş naziri Plamen Oreşarski 18-20 fevralda Azərbaycana gəlir, deyə Energetika Nazirliyinin saytı məlumat verir.
Azərbaycanın energetika naziri Natiq Əliyev Bolqarıstanıniqtisadiyyat və energetika naziri Draqomir Stoynev ilə görüşüb.
"Görüşdə tərəflər iqtisadi, o cümlədən humanitar, sənaye və energetika sahəsində əməkdaşlığı genişləndirmək zərurətini ifadə ediblər", - deyə qeyd edilir.
Stoynev görüşdə bildirib ki, Azərbaycanla Bolqarıstan qaz tədarükü üzrə danışıqlar aparır.
Qeyd edək ki, Bolqarıstan “Şahdəniz-2” layihəsi çərçivəsində 2019-cu ildən ildə 1 mlrd m3 Azərbaycan qazı idxal edəcək. Bu barədə saziş 19 sentyabr 2013-cü ildə 25 illiyə bağlanılıb. Bolqarıstan qazı Transadriatik qaz kəməri ilə alacaq.
Bolqarıstan hakimiyyəti Azərbaycan qazı idxalının başqa variantına da baxır. Rəsmi Sofiya 2019-cu ili gözləməyib Türkiyə-Bolqarıstan qaz kəməri çəkib “Şahdəniz -1”dən qaz alma istəyir. Azərbaycan bu layihə çərçivəsində hasilatı artıra bilər, amma satış bazarı yoxdur. –12B--
-
- İqtisadiyyat
- 14 Fevral 2014 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz