Britaniyanın neft və qaz servis şirkətləri Bakıya gəlir
Böyük Britaniyanın energetikada işləyən şirkətlərinin təmsilçiləri martda Bakıya gələcək. Bu barədə Energetika Şurasının (Energy Industries Council, EIC) – energetika üzrə mal və xidmət tədarükçüsü şirkətlər assosiasiyasının məlumatında bildirilir.
19 şirkətin nümayəndələrindən ibarət heyət 10-14 martda gələcək. Britaniyalı biznesmenlər Bakıda neft-qaz şirkətləri ilə təmaslar quracaq, yerli biznes mehit barədə məlumat alacaqlar.
Səfər çərçivəsində Azərbaycandakı layihələrdə iştirak edən BP, Total, GDF Suez, AMEC, KBR və CB&I kimi şirkətlərdə görüşlər olacaq.
Azərbaycana bu şirkətlərin nümayəndələri gələcək: Atmos International, BS&B Safety Systems, Control Risks, Foster Wheeler, Jo Bird & Co, John Bell Pipeline, Knowsley SK, Lokring Europe, Mott MacDonald, Pipe Supports, R & M Electrical, RPV Group, Tratos, Voith Turbo, NOV Wilson.
* EIC 1943-cü ildə yaradılıb. Qeyri-kommersiya təşkilatıdır. Bir çox şirkətlərə dünyada biznes imkanlardan istifadə imkanı yaradır. --12D--
-
- Cəmiyyət
- 13 Fevral 2014 09:54
-
- İqtisadiyyat
- 13 Fevral 2014 11:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz