Broyler istehsalçıları ziyana düşür

Azərbaycanda broyler məhsullarının qiyməti istehlakçıları qane edir, istehsalçıları isə yox.: quşçuların ictimai birliyi bildirir ki, topdan qiymətlər maya dəyərindən ucuzdur.

Dövlətin quşçuluq müəssisələrinə vergidən azad etmə (torpaq vergisi istisna), güzəştli kreditlər verməsi bazarı doldurub. Nəticədə broyler şirkətləri məhsulu ziyanla satırlar, deyə Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Turan-a bildirib. Onun sözlərinə görə, broylerin maya dəyəri 2,45 manatdır, bir sıra fabriklər onu onun 1 kq-ı 2,10 manata satır. Istisna da var. “Səba” ASC-də Turan-a bildiriblər ki, broyler və emal məhsullarının satışından mənfəət əldə edirlər. “Səba” ASC-nin yem istehsalı üçün öz əkin sahələri var.       

«Bununla bağlı cəmiyyət hökumətə müraciət edib ki, yem və komponentlərinin, veterinar preparatların idxalına gömrük vergisi və ƏDV ləğv edilsin. Bu, maya dəyərinə təsir edər», - deyə Vəliyev bildirib.

Onun sözlərinə görə, fərdi quşçuluq da inkişaf edib. Respublika Sanitar-Epidemoloji Mərkəzinin məlumatına görə, təkcə Siyəzəndə 82 kiçik təsərrüfat var.  

2013-cü ildə broyler fabriklərində məhsul istehsalı 55,8 min ton olub. Cəmiyyətin sədri Turan-a bildirib ki, idxalın bir hissəsi gömrükdə gizlədilir. Bunu Dövlətstatkomun məlumatları da göstərir: 2012-ci ildə Gömrük Komitəsi 7 490,2 ton quş əti idxalı qeydə alıb. Dövlət Veterinar Xidməti idxal həcmini 11 982 ton göstərir.

DSK-ya görə, 2012-ci ildə ölkədə quş əti istehsalı 25% artaraq 89,3 min ton olub.  İl ərzində idxal 31% azalıb. Son illər ən yüksək idxal 2009-cu ildə olub - 34,2 min ton.

Azərbaycan gömrüyündə 1kq quş əti 76,8 sent (2012-ci ildə 73) qiymətləndirilir. DGK-ya görə, 2013-cü ildə $2 550 qiymətində 1 958,3 ton quş əti idxal olunub. İdxal 75% azalıb.

Son 4 ildə SKMF-nin xətti ilə 55 min ton quş əti, 85 mln cins və 184 mln ədəd əmtəəlik yumurta istehsalı üçün 100 mln manat kredit verilib. Sənaye quşçuluğunun gücü 100 min tona çatdırılıb. 08B    

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti