BSŞ üçün ISO 9001:2008 standartı
Bakı/03.06.15/TURAN «Beynəlxalq Sığorta Şirkəti» növbəti dəfə keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 beynəlxalq standartının tələblərinə uyğunluğunu təəsdiq edib.
BSŞ-nin məlumatına görə, audit yoxlaması SGS şirkətinin Bakı ofisi tərəfindən aparılıb. Bu, 2006-cı ildən şirkətin auditorudur (əvvəllər standartı özbək və qazqax şirkətləri təsdiq edirdi).
Audit hesabatında Şirkət rəhbərliyinin liderliyi, keyfiyyət üzrə mütəxəssisin yüksək hazırlığı və fəaliyyəti, Şirkətin keyfiyyətin idarəetmə sisteminin inkişafında əməkdaşların peşəkarlığı, «INSURE-AZ» proqram təminatı bazasında korporativ elektron sistemin effektiv tətbiqi, keyfiyyətin idarəetməsi üzrə sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi sahəsində işin standartlara uyğun təşkili kimi pozitiv müşahidələr xüsusilə əks etdirilib.
Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 14.8 mln manatdır. --17D—
-
- Siyasət
- 3 İyun 2015 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz