Bu gün Yevlax şəhərində hava limanının açılışı olacaq
Yevlax şəhərində hava limanının yenidən qurulması ilə bağlı təmir-tikinti işləri başa çatıb. Bu gün Azərbaycan prezidenti İlham Əliyev onun açılış mərasimində iştirak edib.
«Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərov məruzə edib ki, bu ilin mart ayından köhnədən iki dəfədən artıq olan 2520 metr uzunluğunda uçuş-enmə zolağı tikilib. Zolağın eni 40 metr təşkil edir. Həmçinin 354 metr uzunluğunda yönəldici yol, sahəsi 30,8 min kvadrat metr olan perron və 1200 kv metrlik aerovağzal tikilib. Dispeçer məntəqəsinin yerləşdiyi 1300 kv metr sahəsi olan dörd mərtəbəli bina yenidən qurulub. Uçuşların təhlükəsizliyini təmin etmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən bütün zəruri sistem yaradılıb. Aeroport boyu 9 kilometr uzunluğunda hasarı çəkilib. Vağzalyanı meydanda 60 avtomobil tutumlu dayanacaq tikilib. Əvvəllər Yevlax hava limanından Bakı, Naxçıvan və Minvoda uçuşlar həyata keçirilirdi. Həmçinin bu hava limanı kənd təsərrüfatı aviasiyası funksiyasını yerinə yetirirdi.
Hələlik Yevlax hava limanının real nə vaxt işə düşəcəyi məlum deyil. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Turana bildirib ki, yaxın vaxtlarda Yevlax hava limanından uçuşların həyata keçiriləcəyi şəhərlər müəyyən ediləcək. 08D
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 16:38
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 17:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz