Call Center sahibkarlara üçün bahadır
Azərbaycan Respublikası Vergilər Nazirliyi “Cybernet” MMC-yə Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzinin) texniki avadanlıq və proqram təminatlarına texniki dəstəyin göstərilməsi üçün 104 472,28 manat ödəyəcək (Call Center-195). Bu, Call Centerlə bu il ikinci müqavilədir.
Call Center-195 2015-ci ilin fevralında fəaliyyətə başlayıb. O vaxt Vergilər Nazirliyi “Caspel” MMC ilə sistemin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64,9 min manatlıq müqavilə bağlayıb. Bir il əvvəl bu şirkət nazirlikdən bu məqsədlə 70,8 min manat alıb.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Call Centerin yaradılması barədə saziş 2013-cü ilin dekabrında imzalanıb. “Digital Services” ilə müqavilənin məbləği 2 187 459,41 manat olub.
Qeyd edək ki, Call Center-ə 8 nazirlik və qurum inteqrasiya olunub. 08B
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:29
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz