Finansopedia.ru
Daşınmaz əmlak bazarında aktivlik 13% azalıb
Bu ilin 9 ayında Azərbaycanda 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 13% azalıb, deyə Əmlak Məsələləri Dövlət Komitəsində Turan-a bildiriblər.
Bu il ilkin daşınmaz əmlak bazarının payı 36 min obyekt olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 28% çoxdur. Təkrar bazarda 90 min obyekt alqı-satqı predmeti olub. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24% azdır.
Ekspertlər qeyd edir ki, iqtisadi böhran daşınmaz əmlak bazarına da təsir edir. Daşınmaz əmlakın qiyməti sabit deyil, azalmaya meyllidir. Ona görə investorlar təmkinli davranır. Bu tendensiya 2015-ci ildən davam edir. Ötən ilin ilk 3 rübündə daşınmaz əmlak bazarında aktivlik 3,7% azalmışdı. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz