DB Azərbaycana maliyyə savadlılığı üzrə texniki yardım hazırlayır
Oktyabrın 19-da Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi Dünya Bankının İstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı üzrə Texniki Yardım Missiyasını qəbul edib.
Görüşdə istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığı sahəsində atılan addımlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. DB təmsilçiləri bu sahədə Dünya Bankı ilə Azərbaycan arasında dialoqunun davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.
Görüşdə həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlara dair geniş fikir mübadiləsi aparılıb
«Dünya Bankının istehlakçıların hüquqlarının müdafiəsi, müraciətlərə baxılması, eləcə də maliyyə savadlılığının artırılması ilə bağlı bilik və potensialın gücləndirilməsi tədbirlərinin təşkili Palata üçün maraqlıdır və dərindən öyrəniləcək», deyə Rüfət Aslanlı bildirib.
2011-ci ildə DB Kapital bazarının modernləşdirilməsi layihəsi üçün 12 mln dollar ayırıb. Layihə 2015-ci ildə başa çatıb. Layihənin iki komponentini İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) maliyyələşdirib və $1,6 mln ayırıb. Layihə çərçivəsində Kapital bazarı üzrə Təlim Mərkəzi yaradılıb. Mərkəz pullu əsasla məşğələlər keçirir. 08D
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 12:37
-
- Cəmiyyət
- 20 Oktyabr 2016 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz