Üçüncü rübdə "Ziraat bank Azərbaycan"ın kapital artımı 3,5% təşkil edib
2016-cı ilin üçüncü rübündə "Ziraat bank Azərbaycan"ın aktivləri ikinci rüblə müqayisədə 3,8% (4 mln. 327,240 min manat) artaraq, 117 mln. 305,340 manat təşkil edib. Turan-ın məlumatına görə, aktivlərdə xarici valyutanın payı 55 mln. 619,010 min manat təşkil edir.
Hesabat dövrü ərzində bankın öhdəlikləri 2 mln. 259,301 min manat (4%) artıb və 57 mln. 709,011 min manat təşkil edib (xarici valyutanın payı 45 mln. 835,790 min manat).
Üçüncü rübdə bankın kapitalı 59 mln. 596,329 min manat təşkil edib (artım 2 mln. 067,949 min manat, 35%). -71D-
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 12:36
-
- İqtisadiyyat
- 20 Oktyabr 2016 13:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz