Deflyasiyaya baxmayaraq, yaşayış minimumu qanunvericilikdə müəyyən ediləndən iki dəfə çoxdur
İnflyasiya pensiyaçı və büdcəçilərin pulunu yeyir. Yəqin ki, ilin sonu üçün həyatın bahalanması maaşa 10% artımı, üstəlik pensiyalara 8% artımı keçəcək.
Amma ikinci rübün son ayında istehlak qiymətləri «ucuz» olub. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri 1 iyun və 1 iyul istehlak göstəricilərini müqayisə edərək belə bir hesablama aparıb.
Mütəxəssislər Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli normativi ilə istehlak səbətinin qiymətini hesablayıblar.
Hesablamalara əsasən, 30 iyun üçün Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 162,57 manat olub. Ötən ay bu göstərici 8 manat çox idi.
Pensiyaçılar üçün yaşayış minimumu 147,71 manat, 0-14 yaşlı uşaqlar üçünsə 203,04 manatdır. Qanunvericilikdə müəyyən edilənlə real yaşayış minimumu arasında 2 dəfə fərq göz önündədir.
Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,60 manat (-9), pensiyaçılar 89,81 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,31 manat xərcləməli olub. Burada da nisbi ucuzlaşma görünür. Bu isə “tənzimlənən” iqtisadiyyat, əslində isə inhisarlaşma ilə bağlıdır.
Qeyri-ərzaq malları xərcləri yay üçün xarakterik olan deflyasiyanı təcəssüm etdirmir: işləyən əhali üçün o, 38,49 manat (250 qəpik artım), pensiyaçılar üçün 35,29 manat, 0-14 yaşlı uşaqlar üçün 73,36 manat olub.
Xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib. Yəni iilin əvvəli ilə müqayisədə onlar dəyişməyib.
"2012-cu ildə AR-da yaşayış minimumu haqda" Qanuna əsasən, yaşayış minimumu ayda 108 manatdır. Bu, ötən ilkindən 13 manat və ya 9% çoxdur.
Əmək qabiliyyətli əhali üçün minimal səviyyə 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib. --17D—
Rəy yaz