Dekabrda son iki ildə ən yüksək inflyasiya olub
Dövlət Statistika Komitəsi yanvarın 14-də dekabr üzrə istehlak qiymətləri indeksini açıqlayıb. İstehlak bazarında qiymətlər noyabrla müqayisədə 1,9% bahalanıb. Bu, son 24 ayda ən yüksək göstəricidir. Buna yanacağın qiymət artımı təkan verib.
DSK-nın məlumatına görə, dekabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,4 faiz bahalanıb. Qurumun əməkdaşlarının müşahidəsinə görə, ötən unun, düyünün, makaronun, mal və qoyun ətinin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, almanın, armudun, heyvanın, narın, bananın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, kartofun, soğanın, sarımsağın, şəkərin qiymətlərində bahalaşma qeydə alınıb. Eyni zamanda, limonun, portağalın, naringinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma olub.
Dövlət başçısı İlhm Əliyev 9 yanvarda Nazirlər Kabinetinin iclasında deyib ki, ötən il illik inflyasiya 2,4% olub və bu, yaxşıdır. Maraqlıdır ki, DSK hələ 2013-cü il üzrə inflyasiyanı açıqlamır.
2012-ci ildə rəsmi inflyasiya 1,1% olub. İqtisadi Tədqiqatlar Mərkəzinin alternativ hesablamasına görə, bu göstərici 9,9%-dir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz