DəmirBank mənfəəti 2,5 dəfə artırıb
"DəmirBank" ASC 2012-ci ilin I yarısında vergi ödəniləndən sonra 2,35 mln manat mənfəət əldə edib. Bu, bir il əvvəlkindən 2,5 dəfə çoxdur. Bankın gəlirləri 24,65 mln manat, xərcləri 22,31 mln manat olub. Onlar 10% və 4,7% artıb.
Yanvar-iyunda aktivlər 12,9% artaraq 403,79 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 8,5% artaraq 272,77 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 312,78 mln-dan 356,75 mln manata artıb. Depozit portfeli 10,2% genişlənərək 163,63 mln manat, müddətli müştəri əmanətləri 13,5% artaraq 118,62 mln manat olub.
Balans kapitalı 4,9% artaraq 47,05 mln manata, məcmu kapital 3,2% artaraq 51,53 mln manata çatıb. Ödənilmiş nizamnamə fondu 21 mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 3 Sentyabr 2012 14:57
-
- İqtisadiyyat
- 3 Sentyabr 2012 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz