İnvestorlara "Gəncə Mənzil Tikinti" ASC-ni əldə etmək şansı verilib
Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə Evtikmə Kombinatı bazasında yaradılan "Gəncə Mənzil Tikinti" ASC-nin səhmlərinin 99,96%-i üçüncü cəhddə satmaq istəyir. Ötən şənbə günü bu səhmlərin satışı üzrə müsabiqə elan edilib.
İnvestor müəssisənin fəaliyyətini bərpa edə və ya başqa profilli müəssisə yarada bilər. Bunun üçün iddiaçılar müvafiq investisiya proqramı təqdim etməlidirlər.
Bundan başqa, iddiaçılar dövlət büdcəsinə 850 min manat ödəməyi təklif etməlidirlər. Müsabiqənin qalibi 43,4 min manat əmək haqqı borcunu ödəməlidir.
Ərizə və investisiya təklifləri 1 oktyabra kimi qəbul edilir.
"Gəncə Mənzil Tikinti" ASC-nin səhmlərinin satışı üzrə əvvəlki müsabiqələr 2008 və 2010-cu illərdə olub.
* "Gəncə Mənzil Tikinti" ASC 1979-cu ildə yaradılıb və 3.1 ha sahəni tutur. Müəssisədə 4 nəfər çalışır.
Nizamnamə kapitalı 2,7 mln manatdır. 1 avqust 2012-ci il üçün ASC-nin öhdəlikləri 167,1 min manat, debitor borcu 248,9 min manatdır. 08D
-
- İqtisadiyyat
- 3 Sentyabr 2012 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz