Dördüncü rübdə işsizlərin sayı 8,2 min nəfər artıb
2015-ci ilin IV rübündə Azərbaycanda işsizlərin sayı 8,2 min nəfər artıb. Bu il yanvarın əvvəli üçün Azərbaycanda 243,7 min işsiz olub, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Azərbaycan işsizlərin sayı üzrə 2012-ci ilin IV rübünün səviyyəsinə düşüb. DSK-ya görə, son 3 ildə iqtisadiyyatda məşğul olanların sayı 226,3 min nəfər artıb.
Təkcə 2015-ci ilin IV rübündə iqtisadiyyatda məşğul olanların sayı 15 min nəfər artaraq 4 mln 671,6 min nəfərə çatıb.
Qeyd edək ki, cəmi 28,9 min nəfər rəsmi işsiz statusu ala bilib. 08D
-
- İqtisadiyyat
- 9 Mart 2016 14:43
-
- Cəmiyyət
- 9 Mart 2016 16:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz