Dövlət və korporativ qiymətli kağızların vahid depozitar sistemi yaradılıb
Azərbaycanda qiymətli kağızların vahid post-ticarət sisteminə keçid başa çatıb. İşlər “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində görülüb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatına görə, dövlət və korporativ qiymətli kağızların vahid depozitar sistemi yaradılıb. Qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilib. Klirinq-hesablaşma prosesləri “Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi” çərçivəsində beynəlxalq ekspertizadan keçib.
Qeyd olunan tədbirlər planının icrası nəticəsində dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyaları Bakı Fond Birjasından (BFB) Milli Depozit Mərkəzinə (MDM) verilib. Beləliklə, dövlət qiymətli kağızları MDM-də saxlanılacaq. MDM 22 avqustda klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni lisenziya alıb. 08D
-
- Siyasət
- 9 Sentyabr 2013 16:50
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 17:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz