İyulda muzdlu işçi sayı 500 nəfər artıb
2013-cü il avqustun 1-i üçün ölkə iqtisadiyyatında müqaviləli muzdla çalışan işçilərin sayı 1490,8 min nəfər olub. Muzdlu işçi sayı ilin əvvəli ilə müqayisədə 13,1 min nəfər və ya 0,8% artıb. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər.
İyulda muzdlu işçi sayı iqtisadiyyatın dövlət bölməsinin hesabına 500 nəfər artıb 1 avqust 2013-cü il üçün iqtisadiyyatın dövlət bölməsində 894,6 min nəfər çalışıb. Bu, iyulun əvvəli ilə müqayisədə 2,8 min nəfər çoxdur. İlin əvvəlindən qeyri-dövlət bölməsində muzdlu işçi sayı 17,6 min nəfər artaraq 596,2 min nəfərə çatıb. İyulda özəl sektorda işçi sayı 2,3 min nəfər azalıb.
Muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə məşğul olub. 08D
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 17:16
-
- İqtisadiyyat
- 9 Sentyabr 2013 17:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz