DSMF-nin 2013-cü il üçün büdcəsi qəbul edilib
Bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov parlamentdə 2013-cü ilin büdcəsi ilə bağlı çıxış edib. Onun sözlərinə görə, strukturun məcmu gəlirləri və xərcləri 2 mlrd 632 mln 695 min manat səviyyəsində nəzərdə tutulub. Kəsirsiz büdcə icbari dövlət sosial sığortası üzrə 1,55 mlrd manat, büdcə təşkilatlarından 539,19 mln, büdcə təşkilatları işçilərindən 73 mln 526,2 min manat mədaxil, 77,44 mln manat büdcədənkənar ayırma və büdcə subsidiyaları hesabına təmin ediləcək. Dövlət büdcəsindən transfertlər 1,08 mlrd manat gözlənilir.
Xərclər bu cür planlaşdırılır: əmək pensiyalarının baza hissəsinin ödənilməsinə 1 mlrd 358,48 mln manat, sığorta hissəsinə 1 mlrd 141,81 mln manat. İcbari dövlət sosial sığortası ödənişi hesabına müavinət 69,98 mln manat, o cümlədən əmək qabiliyyətini itirənlər üçün 18 mln manat, aztəminatlı ailələrdə doğumla bağlı 22 mln, doğumla əlaqədar 4,5 mln, 3 yaşacan uşaqlara xidmətlə bağlı 8 mln, dəfn üçün 12,67 mln, işsizlik üzrə müavinət 4,81 mln manat nəzərdə tutulub. Əhalinin təminatı üzrə bank xidmətlərinə 20 mln manat ayrılması planlaşdırılır. --17D--
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz