Ehtiyatların normativlərinin risk elementləri ilə yumşaq normativləri
Azərbaycanda bankların ehtiyatlarının formalaşmasına dair tələbləri yumşaldıb. AMB-nin qərarına əsasən, qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat norması 30%-dən 25%-ə, təhlükəli aktivlər üzrə 60%-dən 50%-ə qədər azalıb.
Bu, fiziki və hüquqi şəxslərin kredit qabiliyyətinin azalmasına səbəb olan devalvasiya ilə bağlıdır. Sirr deyil ki, borclar valyuta, əsasən dollar ilə qaytarılmalıdır. Bundan başqa, bankların depozitlər üzrə əsasən xarici valyuta ilə öhdəlikləri var. Çünki əmanətlər kütləvi şəkildə dollarlaşdırılıb.
Ona görə Mərkəzi Bankın bankların ehtiyatlarının formalaşmasına dair tələbləri yumşaltması özünü doğruldur. Çünki maliyyə bazarında oyunçuların qorunmasına xidmət edir.
Yeni qaydalar 6 yanvarda qüvvəyə minib və Hüquqi aktlar reyestrinin saytında verilib. Ölkədə 43 bank, onların 758 filial və 165 şöbəsi var. --17D—
-
- Siyasət
- 11 Yanvar 2016 17:12
-
- Sual-cavab
- 11 Yanvar 2016 17:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz