Ətriyyat idxalı 5 dəfə artıb
2016-cı ildə Azərbaycana 1830,5 ton ətir və əl-üz suyu gətirilib. Bu, əvvəlki ildəkindən 5,3 dəfə çoxdur, deyə Gömrük Komitəsində Turan-a bildiriblər.
Ötən ilin son üç ayında ətriyyat idxalı 781,7 ton olub.
Ətriyyat daha çox Çin (1074,4 ton), Rusiya (168,7 ton) və Türkiyədən (167,3 ton) idxal edilir. Ötən il Fransadan 111 ton ətir və əl-üz suyu gətirilib.
İdxalçılar ətriyyat idxalı həcmini $16,6 mln məbləğində bəyan ediblər, bu, 2015-ci ildəkindən 7,7 dəfə çoxdur.
Bir ton Çin ətriyyatı $1912, Rusiya ətriyyatı $5068, Türkiyə ətriyyatı $6152-a idxal edilib.
Fransa ətirləri Azərbaycan gömrüyündə $54 552, İtaliya ətirləri $59 734, Britaniya ətirləri $70 940, Amerika ətirləri $82 481, Bəhreyn ətirləri $109 361, İsveçrə ətirləri $147 960-dan sənədləşdirilib. Bunları 100 qramllıq tübiklərə çevirəndə 2016-cı ildə bir tübik Fransa ətiri $43,3, Dubay ətiri $4,4 olub.
Ötən il Dubay Azərbaycana 5,62 ton ətir ixrac edib. Bu, əvvəlki ildəkindən 3,9 dəfə çoxdur. $243,6 min gəlir əldə edilib.
Ekspertlər ətriyyat idxal və ixracının artımını onların leqallaşdırılması ilə izah edirlər. Amma indiyədək hələ heç bir xarici iqtisadi əlaqələrin iştirakçısı və ya DGK əməkdaşı belə cinayətlərə görə cəzalandırılmayıb. 08B
-
- Siyasət
- 16 Fevral 2017 12:58
-
- İqtisadiyyat
- 16 Fevral 2017 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz