Finance for Development portfelini dörddə bir genişləndirib
"Finance for Development" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-avqustunda $2,99 mln və ya 25% genişlənərək $15,17 mln-a çatıb.
Hesabat dövründə cəmiyyətin aktivləri $3,9 mln və ya 31,7% artaraq $16,58 mln olub. Müştəri bazası 15% artaraq 10,15 min nəfərə çatıb.
Problemli kreditlərin payı 0,35 f.b. azalaraq 1,50% olub. Borc alanların 29,35%-i qadınlardır (ötən ilin eyni dövründən 1,8% az).
«Finance for Development» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1997-ci ildən Oxfam beynəlxalq humanitar təşkilatı tərəfindən fəaliyyətə başlayıb. QBKT –nin fəaliyyəti kənd təsərrüfatı kreditləri (heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq və s.) üzrədir. Təşkilat 100 manatdan 5 min manata qədər aylıq 2,25%-3%-lə 18 aylığa fərdi və qrup kreditləri verir. --15B--
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 12:34
-
- Siyasət
- 2 Noyabr 2012 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz