«FinansLizinq» ASC-nin 647 min 500 dollar və 100 min manatlıq istiqrazları qeydiyyata alınıb
Maliyyə Bazarlarına Nəzarət Palatası “FinansLizinq” ASC-nin 647 min 500 dollar və 100 min manatlıq istiqrazlarını qeydiyyata alıb.
Turan-ın məlumatına görə, birinin nominal dəyəri 500 ABŞ dolları olan 1,227 ədəd istiqrazların buraxılışı AZ2025006571 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
İstiqrazların tədavül müddəti 1080 gün, gəlirlik dərəcəsi isə 9%-dir.
Palata həmçinin hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd istiqrazların buraxılışını AZ2024006572 qeydiyyat nömrəsi ilə qeydiyyata alıb. Bu istiqrazların tədavül müddəti 1080 gün, gəlirlik 14% təşkil edir.
Eləcə də hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd istiqrazların buraxılışı AZ2023006573 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. İstiqrazlar üzrə gəlirlik 14%, tədavül müddəti isə 1080 gündür.
“Finanslizinq” ASC 2007-ci ilin 1 may tarixindən etibarən fəaliyyət göstərir.
Şirkət əhaliyə, kiçik və orta biznesə lizinq məhsulları təklif edir. 71D
-
- Cəmiyyət
- 14 Fevral 2017 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz