MBNP-nin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası təsdiq edilib
Nazirlər Kabineti fevralın 13-də “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nı təsdiq edib. Publik hüquqi şəxs statusu olan Palata dövlət tərəfindən bir il əvvəl yaradılıb və indiyəcən normativ sənədlər qəbul etmək imkanı olmayıb.
MBNP-nin normativ xarakterli aktları məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydasını əks etdirən rəsmi sənəddir. Bunlar kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, səhmdar cəmiyyətləri, qiymətli kağız emitenti olan başqa subyektlərdir.
Palatanın normativ xarakterli aktları onun Direktorlar Şurası tərəfindən təsdiq edilir. Sənəd Normativ Aktların Dövlət Reyestrində açıqlanır.
MBNP-nin normativ xarakterli aktlarında onun icra edilməməsinə görə məsuliyyət tədbiri nəzərdə tutula bilməz. 08D
-
- İqtisadiyyat
- 14 Fevral 2017 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz