Fond bazarının listinqinə beş şirkətin qiymətli kağızları daxil edilib
Bakı Fond Birjası (BFB) QSC Listinq Komitəsinin qərarı ilə alternativ bazar seqmenti üzrə birja listinqinə beş şirkətin qiymətli kağızları əlavə edilib.
“Texnika Kapital Menecment” broker şirkətindən Turan-a bildirilib ki, qərar 2015-ci il fevralın 1-dən qüvvəyə minən BFB-da MB listinqinin yeni qaydalarına əsasən qəbul edilib. Bu qaydalara görə, alternativ bazar seqmentində listinqə əsas bazar seqmenti və standart bazar seqmenti üzrə müəyyən edilmiş listinq tələblərinə cavab verməyən səhmlər daxil edilir.
Alternativ seqmentə daxil olmaq üçün emitentin nizamnamə kapitalında payı 10%-dən az olan sahibi və ya onun vəkil edilmiş nümayəndəsi (və ya müştərinin adından çıxış etmək səlahiyyətləri olan birja üzvü) Birjaya müraciət edə bilər.
Qeyd edək ki, emitent açıq səhmdar cəmiyyəti formasında təsis edildikdə dividentlər barədə məlumat verməli, illik maliyyə hesabatlarını növbəti ilin iyun ayının 30-dək Birjaya təqdim etməli və elektron formatda açıqlamalıdır.08B
-
- İqtisadiyyat
- 8 May 2015 15:53
-
- İqtisadiyyat
- 8 May 2015 15:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz