ABŞ Bakıda investisiya axtarışında
Amerika bankları Azərbaycanın maliyyə sahəsinə investisiya imkanları ilə maraqlanır.
Mayın 26-da Nyu-Yorkda “I Azərbaycan-ABŞ bank və maliyyə forumu” keçiriləcək. Market Watch resursunun məlumatına görə, Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) təşkil etdiyi toplantının məqsədi Amerikanın iri maliyyə təsisatlarını və şirkətlərini neftlə zəngin ölkənin investisiya imkanları ilə tanış etməkdir.
Məlumatda Pasha Bank”ın icraçı direktoru Fərid Axundovun fikirləri sitat gətirilir: “Biz istərdik ki, Amerika və Azərbaycan bankları arasında əməkdaşlıq yeni səviyyəyə qalxsın. Bu, təkcə ABŞ-la Azərbaycan arasında iqtisadi münasibətlərin genişlənməsinə imkan yaratmayacaq, ABŞ-ın bütövlükdə regionla iqtisadi münasibətlərini genişləndirəcək”. --17D—
-
- Siyasət
- 8 May 2015 15:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz