Forbes-in reytinqində Azərbaycan Gürcüstanla Ermənistandan geri qalıb
Forbes nəşrinin hazırladığı biznes üçün ən münasib ölkələrin reytinqdə Azərbaycan 60-cı yeri tutub. Nəşr bildirir ki, keçmiş SSRİ ölkələrindən siyahıda Estoniya 22, Litva 24 –cü yerdədir. Sonrakı ardıcıllıq belədir: Latviya (36), Gürcüstan (47), Azərbaycan (60), Ermənistan (56), Qazaxıstan (65), Moldova (75), Ukrayna (88) və Rusiya (91).
Forbes qeyd edir ki, Rusiyada mülkiyyət hüquqlarının qorunması əvvəlkitək mükəmməl deyil, özəl sektor isə dövlətin intensiv müdafiə obyekti olaraq qalır.
2014-cü ildə biznes üçün ən yaxşı ölkə Danimarka göstərilib. İlk onluğa həmçinin Honkonq və Yeni Zelandiya da daxil olub. 2013-cü ildə reytinqə İrlandiya rəhbərlik edib.
Forbes-in “Biznes üçün ən yaxşı ölkələr – 2014” reytinqinə 146 ölkə daxil edilib. Onların nailiyyətiləri 11 mövqe üzrə öyrənilib: vətəndaşların şəxsi azadlıqlarının səviyyəsi; mülkiyyət hüquqlarının və investisiyaların qorunmasının dərəcəsi; qiymət sabitliyi; mal ixracı və idxalı üçün maneələrin olması; texnologiyanın inkişaf səviyyəsi; innovasiyaların tətbiqi; dövlətin biznesə təsir dərəcəsi; korrupsiya; vergi yükü və səhm bazarının vəziyyəti.
Reytinq Freedom House, Heritage Foundation, Property Rights Alliance, Transparency International, Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında hazırlanıb.-02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz