Four Seasons otelinin açılış mərasimi
Dünən Bakıda prezident İlham Əliyevin iştirakı ilə beşulduzlu Four Seasons Hotel Baku otelinin açılışı olub. Mehmanxanada 171 otaq, o cümlədən 27 “lüks” və yüksək vəzifəli qonaqlar üçün iki otaq var.
Otaqlar klassik üslubda tərtib edilib, əksər otaqlardan Bakı buxtası mənzərəsi görünür.
Otelin dizaynı milli elementlərlə zəngindir. Bütün zallara Azərbaycan muğamlarının adları verilib: 500 nəfərlik böyük zal “Segah”, digərləri “Rast”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun” və “Şüştər” adlanır.
Qeyd edək ki, mehmanxana Bakının tarixi mərkəzi olan İçəri şəhərə birləşən ərazidə tikilib. Otelin tikintisi zamanı mədəniyyət abidəsi sayılan bir sıra memarlıq binaları sökülüb. Yerli QHT-lər və hətta YUNESKO tarixi “İçəri şəhər” qoruğuna dəyən ziyanla bağlı narahatlığını ifadə edib. -06D-
-
- İqtisadiyyat
- 4 Sentyabr 2012 12:25
-
- Söz istəyirəm
- 4 Sentyabr 2012 12:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz