Gələn həftə TANAP-da Türkiyənin payının artırılması ilə bağlı danışıqlar başlayacaq
Türkiyə TANAP qaz kəməti layihəsində payını 10% artıraraq 30%-ə çatdırmaq istəyir. Bu haqda bu gün jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı məsələlər gələn həftə Türkiyə tərəfi ilə bir daha müzakirə olunacaq. Müzakirə Türkiyənin enerji və təbii ehtiyatlar naziri səviyyəsində keçiriləcək.
Abdullayev daha sonra bildirib ki, aprelin sonuna kimi TANAP layihəsi üzrə son investisiya qərarının verilməsi üzrə hazırlıqlar başa çatmalıdır.
TANAP üzrə işlərə gəlincə, SOCAR rəhbəri bildirib ki, əgər biz btün işləri şatdıra bilsək, onda tikinti işlərinə bu ilin sonunda başlaya bilərik və 2015-ci ildə boru kəmərinin çəkilməsi üzrə işlər artıq aktiv fazaya daxil olacaq.
O ki, qaldı TANAP-da pay bölgüsü məsələsinə, SOCAR-da 58% olacaq, BOTAS-da 30%, yerdə qalan 12% isə BP-də. --12C--
-
- Cəmiyyət
- 12 Aprel 2014 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz