Gömrüksüz gətirilən malların həcmi 10 dəfə azalıb
Yanvarın 13-də hakimiyyət gömrüksüz mal idxalına qoyulmuş məhdudiyyətləri kəskin şəkildə sərtləşdirib. Belə ki, oktyabrın 22-də dövlət başçısı gömrüksüz malların maksimum səviyyəsinin 10 min dollara qədər yüksəldilməsi barədə sərəncam imzalayıb. Bundan sonra bu məbləğ min dollara qədər məhdudlaşdırılacaq.
22 oktyabr 2015-ci il tarixli 656 nömrəli Fərmana müvafiq dəyişikliklər edilib, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Üç ay əvvəl, 656 saylı Fərman verildikdə hakimiyyət bunu inhisarçılığa və korrupsiyaya qarşı mübarizə, kiçik və orta biznesə dəstək kimi qələmə vermişdi.
Bu impulsiv addımın və əvvəlki vəziyyətə qayıtmanın səbəbini hakimiyyət heç cür açıqlamır.
Təcrübədə bu, o deməkdir ki, xüsusi sahibkarların bu və ya digər malları böyük həcmdə idxal etmək qadağan ediləcək. Eyni zamanda, bu, gömrükdə korrupsiya üçün imkan yaradır. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz