Həyat sığortası bazarına təcrübəli oyunçular lazımdır
Bu ilin sonu üçün həyat sığortası üzrə ixtisaslaşan şirkətlərin sayı arta bilər.
"AXA Mbask" Müşahidə Şurasının rəhbəri Eldar Qəribov bildirib ki, onun şirkəti startdadır. O, məlumat verib ki, həyat sığortası üzrə ixtisaslaşan şirkətlərin sayının artması məsələsi aktualdır.
"AXA Mbask" mütəxəssisləri hazırda bu seqmenti öyrənirlər.
Qəribov hesab edir ki, iki yol var: törəmə struktur yaratmaq, bu sahədə təcrübəsi olan “hazır məhsul” almaq.
Bu gün həyat sığortası ilə 3 şirkət məşğul olur. Bu növ üzrə 20,68 mln mükafat yığılıb, 1,09 mln manat ödəniş edilib.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir.
Ödənilmiş nizamnamə fondu 6,74 mln manatdır.
"MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. Ötən ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (51%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb.
7 dekabr 2010-cu ildə MBASK-ın lisenziyası adının AXA MBASK-a dəyişməsi ilə bağlı yenilənib. . --17D—
-
- İqtisadiyyat
- 8 May 2013 16:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz