Dövlət Dəmir Yolu 6 mln manat mənfəət əldə edib
Bu ilin I rübündə «Azərbaycan Dəmir Yolları» QSC yük və sərnişin daşınmasından 54,8 mln manat gəlir əldə edib. Bunun 94%-i yük daşımalarının payına düşür.
ADY QSC İH sədri Arif Əsgərov jurnalistlərə deyib ki, bu il daşıma işlərinin təşkilinə 48,9 mln manat xərclənib və balans mənfəəti 5,9 mln manat olub.
Xərclərin əsas hissəsi (19 mln manat və ya 38,8%) əmək haqqı ödənişinə gedib. Elektrik enerjisi, yanacaq, su xərcləri 10,1 mln manat, mal və material xərcləri 12,4 mln manat olub.
Dövlətstatkoma görə, 2012-ci ildə «Azərbaycan Dəmir Yolları» QSC yük daşımalarından 186 mln manat gəlir əldə edib. Yük daşınmasından mənfəət 48 mln manat olub. Sərnişin axını azaldığı üçün daşımalar ziyanlı olub. 2012-ci ildə sərnişinlərə bilet satışından 15,7 mln manat əldə edilib, daşımaların xərci isə 50 mln manata çatıb. 08B
-
- İqtisadiyyat
- 8 May 2013 16:39
-
- İqtisadiyyat
- 8 May 2013 16:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz