Yeganə 100% xarici sığortaçının göstəriciləri
“Chartis Azerbaijan” şirkətinin bu ilin I rübündə yığdığı mükafat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 48 min manat artaraq (+9,7%), 495,37 min manat olub.
Şirkətdə Turan-a bildiriblər ki, əmlakın yanğından və başqa risklərdən sığortası üzrə mükafatlar 161,42 min manat təşkil edib. Bu, bütün mükafatların 32,6%-dir.
Yük sığortası üzrə 62,1 min manat yığılıb. Bu il üçüncü dəfədir ki, mülki məsuliyyətin sığortası birinci yerə iddialıdır. Peşə məsuliyyətinin sığortası üzrə 227,95 min manat, ümumi mülki məsuliyyətin sığortası üzrə 32,23 min manat, işə götürənlərin məsuliyyətinin sığortası üzrə 9,27 min manat toplanıb.
Nə vaxtsa güclü olan bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə 2,4 min manat yığılıb.
Sığorta ödənişləri 367,06 min manat olub. Bunun 365,7 min manatı əmlakın yanğından və başqa risklərdən sığortası üzrədir.
Bu il İcbari Sığorta Bürosuna üzvlük olmadığı üçün icbari mükafatlar olmayıb.
Chartis Azerbaijan yerli bazarda 1999-cu ildən xidmət göstərir. Əvvəl onun əvəzinə törəmə strukturu AIG (American International Group) qeydiyyata alınmışdı.
İndi 49% Amerika kapitallı şirkətin yerinə 100% xarici kapitallı Brintaniya şirkəti fəaliyyət göstərir (15 oktyabr 2010-cu ildə qeydiyyata alınıb) və 10 sığorta növü üzrə xidmət edir. Şirkətin nizamnamə kapitalı 6 mln 786,5 min manatdır. --17D—
-
- Cəmiyyət
- 8 May 2013 16:35
-
- İqtisadiyyat
- 8 May 2013 16:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz