İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri martda 4,4 mln manat toplayıb
Martda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 4,4 mln manat toplayıb (ötən ilin eyni dövrü ilə müqayisədə +2,4%).
İSB-nin saytında deyilir ki, fevralda AVSMMİS üzrə 61 min 215, o cümlədən 19,8 min tranzit müqaviləsi bağlanılıb.
Sığorta müqavilələrinin orta həcmi 72,9 manat olub.
16 dekabr 2011-ci ildən Azərbaycanda AVSMMİS polisləri yeni şərtlərlə və tariflərlə verilir. Avtomobillərin sığortasının qiyməti 1,5 min sm3 üçün 50 manatdır. Mühərrikin həcmi artanda 1,5 (5 min sm3-ə qədər) və 5 (5 və daha artıq sm3) əmsal artırılır.
Sərnişin nəqliyyatının avtosalonu və ya yük avtomobilinin tonnajı artanda da baza qiyməti artır. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə 9-dan 16-dək 3 əmsalı, 16 yerdən çox olanda 4 əmsalı artırılır.
Yük avtomobiləri üçün əmsal 3-5 arasıdır.
Motosikl, traktor və başqa kənd təsərrüfatı texnikası üçün əmsal minimaldır. Qanuna görə əmlaka dəyən ziyana görə 5 min manat, bir şəxsin sağlamlığına dəyən ziyana görə 5 min manat, bir sığorta hadisəsi üzrə maksimum 55 min manat ödənilir.
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ötən il ISB üzvlərinin AVSMMİS üzrə mükafatları 69 mln 376,5 min manat olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz