İ.Əliyev: ÜTT-yə daxil olmayacağıq
Yaxın perspektivdə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq niyyətində deyil. Dövlət başçısı İlham Əliyev bu haqda ölkə regiopnlarının iqtisadi iinkişafı üzrə konfransda danışıb.
“Hər bir ölkə öz bazarını qorumalıdır və Azərbaycan da bu yolla gedir. Bizi bu quruma israrla dəvət emələrinə baxmayaraq hələ ki. ÜTT-yə daxil olmamışıq”deyə İ.Əliyev bildirib.
O, Azərbaycann mövqeyini yerli istehsalçıların müdafiəsilə əlqəaləndirib.
“Biz əvvəlcə öz fermer və şirkətlərimizə şərait yaratmalıyılq. Biz öz bazarımızı keyfiyyətsiz, ucuz xarici əmtəələrin daxil olması üçün başqa cür aça bilmərik, belə olsa yerli istehsal ölər, fermerlər əziyyət çəkər”deyə İ.Əliyev qeyd edib.
“Azərbaycan ÜTT-nin üzvü olacaq, amma bunun nə vaxt olmasını Azərbaycan özü həll edəcək Azərbaycan ÜTT-yə kənd təsərrüfatı və sənaye ixrac yönlü olanda daxil olacaq. O zaman baxıb gərəik ki, indi bizi israrla bu quruma çağıranlar o zaman da çağıracaqlarmı?”deyə İ.Əliyev vurğulayıb.
Qeyd edək ki, ÜTT-yə üzvlük Avropa İttifaqı ilə sərbəst ticarət haqqında saziş imzalmağı da nəzərdə tutur.-06D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz