İl ərzində dövriyyədəki nağd pul 2,1 dəfə azalıb
Yanvarın 1-i üçün dövriyyədəki nağd pulun ümumi həcmi 4 mlrd 775,9 mln manat olub. Mərkəzi Bankın məlumatına görə, il ərzində bu göstərici 2,1 dəfə azalıb. Dekabrda azalma 7,8% olub.
İlin əvvəli üçün müddətli əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər daxil ümumi pul kütləsi 21 mlrd 318,6 mln manat olub.
Xarici valyuta ilə depozitlər 3.1 dəfə, dekabrda 51,4% artaraq 12 mlrd 705,5 mln manat və ya ümumi pul kütləsinin 60%-dək olub.
Ekspertlərə görə, xarici valyuta ilə depozitlərin artması 21 fevral və 21 dekabrdakı devalvasiya ilə bağlıdır. --17D—
-
- Cəmiyyət
- 9 Fevral 2016 13:03
-
- İqtisadiyyat
- 9 Fevral 2016 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz