İlin sonu üçün bütün sığortaçılar pul bazarına çıxış imkanı əldə edəcəklər
Azərbaycan sığortaçıları birja elektron ticarət sistemində (BEST) iştiraka hazırdırlar. Bu, Bakı Banklararası Valyuta Birjasında (BBVB) treyderlərin hazırlığı sayəsində mümkün olacaq.
Əvvəllər Turan yazmışdı ki, BBVB ilə Atəşgah, Buta Sığorta, AtaSığorta və AzRe müqavilə bağlayıb. Sertifikatlaşma kursu keçəndən sonra daha bir neçə şirkət buna hazırdır. Proqram təminatı və pul ticarət sisteminə qoşulma bir neçə şirkətə iyulun sonu, avqustun əvvəli üçün müvafiq imkan yaradacaq. Payızda qalan şirkətlər MONEY-Market iştirakçısı olacaq.
Müqaviləyə əsasən, sığortaçılar banklarla eyni hüquqda pul bazarına çıxa bilərlər. BBVB yeni iştirakçılara "BEST" ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.
Pul bazarının seqmentində əməliyyatlar "BEST sistemində pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi üzrə əməliyyat keçirilməsinin müvəqqəti qaydaları", " BEST sistemində ticarətin təşkili reqlamenti və hesablamaların aparılması", "MONEY-MARKET maliyyə alətinin təsnifi" əsasında həyata keçirilir.
BBVB-nin rəhbəri Fərhad Əmirbəyovun sözlərinə görə, yerli maliyyə bazarı yeni mərhələ yaşayır. "Sığorta şirkətləri Azərbaycan banklarının vacib likvidlik tədarükçüsüdür və depozit bazsını möhkəmləndirirlər ", - deyə Əmirbəyov bildirib. --17D—
-
- Cəmiyyət
- 5 İyul 2013 11:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz