İlin sonu üçün sığortaçılar 400 mln manatdan çox toplayacaq
İlin sonu üçün sığorta bazarının həcmi 400 mln manatdan çox olacaq (bir nəfərə 40 manatdan çox), - deyə Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov yerli KİV-ə bildirib.
Onun sözlərinə görə, yanvar-noyabrda icbari növlər və həyat sığortası da daxil 382,8 mln manat mükafat toplanıb. Bu, ötən ilin eyni dövründəkindən 3,8% çoxdur.
Sığorta ödənişləri 143,5 mln manat (+29,9%) təşkil edib. Hər 100 manat sığorta haqqına 37,5% ödəniş düşüb. Bu, Avropa səviyyəsidir, deyə o bildirib.
2013-cü ildə orta ödəniş səviyyəsi 15-17%, həyat sığortasında 6% olub. --17D—
-
- Cəmiyyət
- 18 Dekabr 2014 12:45
-
- İqtisadiyyat
- 18 Dekabr 2014 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz