- İqtisadiyyat
- 19 Noyabr 2015, 15:34
- 150
İnvestorların hüquqlarını pozanlar az cəzalandırılır
İlin əvvəlindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) investorların hüquqlarının pozulması faktlarına görə 161 qiymətli kağız emitentinə qarşı cərimə sanksiyaları tətbiq edib. Cərimələnənlərin sayı 54% azalıb.
QKDK-nın məlumatına görə, on ayda bu quruma 292 səhmdar cəmiyyətində investorların hüquqlarının pozulması barədə şikayət daxil olub. Komitə 161 SC-də hüquq pozuntusu müəyyən edib və 192,5 min manat inzibati cərimə təyin edib. Bu, 2014-cü ilin yanvar-oktyabrındakından (424 min manat) 55% azdır.
Maraqlıdır ki, Bakı Fond Birjasının təkcə alternativ kotirovka vərəqində 866 emitent var. Qanunvericiliyə əsasən, bu şirkətlərin səhmdarlarının ümumi yığıncağı ilin I yarısından gec keçirilməməlidir. Şirkətlər illik hesabatlarını təsdiq edib açıqlamalıdır. QKDK-nın məlumatına görə, onların yalnız 478-i bu quruma illik hesabat təqdim edib. 08D
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 15:17
-
- Cəmiyyət
- 19 Noyabr 2015 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz