İqtisadi Tədqiqatlar Mərkəzi iyun deflyasiyasının rəqəmlərini açıqlayıb
İqtisadi Tədqiqatlar Mərkəzi iyundan iyula kimi istehlak qiymətlərinin müşahidələrinin alternativ statistik nəticələrini açıqlayıb. Bu obyektiv göstərici risklərin nisbi həcminin beynəlxalq sistemi (VAR) ilə hesablanıb.
Mərkəzin icraçı direktoru Qalib Toğrul bildirib ki, ötən ay qiymətlər yenə artıb. Müşahidələr 10 rayonda (ötən il 22) aparılıb.
Onlara əsasən, ötən ay ölkədə istehlak qiymətləri 0,29% ucuzlaşıb. Maraqlıdır ki, Bakıda qiymətlər 0,9%, regionlarda 0,39% ucuzlaşıb.
Ərzaq 0,61% (Bakıda 0,43%, rayonlarda 0,79%) ucuzlaşıb. Qeyri-ərzaq malları 0,03% (Bakıda 0,04%, rayonlarda + 0,02% artım) bahalanıb. Xidmət tarifləri cüzi dəyişib – paytaxtda 0,17%, rayonlarda + 0,16% artım olub.
İlin əvvəlindən istehlak qiymətləri 0,11% artıb (paytaxtda + 1,30%, rayonlarda +1,06%). Ərzaq 0,05%, xidmətlər 1,66% bahalanıb, qeyri-ərzaq malları 0,96% ucuzlaşıb.
Ərzaq inflyasiyası 12 ayda ötən ilin analoji dövrü ilə müqayisədə 6,58% olub. Ərzaq 10,46%, qeyri-ərzaq malları 0,18%, xidmətlər 4,85% bahalanıb.
Bakıda qiymətlər 9,37%, rayonlarda 3,84% bahalanıb. --17D—
-
- Cəmiyyət
- 9 İyul 2012 17:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz