İşçilər öz pensiya perspektivini əyani görəcək
Fərdi kart sahiblərinə hesabları barədə məlumatlar xüsusi məktublarla çatdırılacaq.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, yeniliyə səbəb bütün vətəndaşların DSMF-nin elektron xidmətindən istifadə etməməsidir. Fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən xüsusi avadanlıq quraşdırılıb. Bu avadanlıq avtomatlaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabında müəyyən bir tarixə toplanan ümumi məbləği, həmçinin həmin məbləğın hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən xüsusi paketlənmiş məktiblar cap etmək imkanına malikdir.
DSMF sədri Müslümov hesab edir ki, həyata keçirilən bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verəcəkdir. “Hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanı qazanacaq” deyə o, bəyan edib.
DSMF-nin məlumatına görə, hazırda ölkədə 2,58 mln nəfərin fərdi sosial sığorta hesabı var. --17D—
-
- İqtisadiyyat
- 11 İyul 2013 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz