İşsizlikdən icbari sığorta sisteminin yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən icbari sığorta sisteminin yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Layihə vətəndaşların bu seqmenti üçün hüquqi, iqtisadi və təşkilati əsasları nəzərdə tutur.
Nazirlər Kabinetinə göndəriən layihəyə əsasən, işsiz qalanlar müəyyən müddət ərzində DSMF-yə köçürülən vəsait hesabına sığorta ödənişi alacaq.
Hazırda layihə müvafiq strukturlarla razılşdırılır. «Məşğulluq haqqında» qanuna əsasən, işsiz statusu regional məşğulluq mərkəzlərində verilir. Əgər vətəndaş on gün ərzində iş təklifi almasa, ona müavinət təyin edilir.
Müavinətin həcmi bir sıra meyarlarla son iş yerində orta əmək haqqının 70%-i qədər müəyyən edilir. --17D—
-
- Siyasət
- 16 Noyabr 2015 13:22
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 13:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz