İstehsalatda bədbəxt hadisələrdən icbari sığortanın xüsusi çəkisi artır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın xüsusi çəkisi artır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat katibi Vəfa Rüstəmova Turan-a bildirib ki, noyabrın 1-i üçün bu növ üzrə sığorta haqları 28 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə +4,8%) olub. Sığorta ödənişləri isə 5% azalaraq 1,95 mln manat təşkil edib. Sığorta haqları ilə ödənişlərin nisbəti 6,96%-dir.
Bu növ üzrə İcbari Sığorta Bürosunun üzvü olan 3 şirkət sığorta xidməti göstərir: Paşa Həyat Sığorta, Atəşgah Həyat Sığorta və Qala Həyat Sığorta. Həyat sığortası bazarında mükafatların 28,4%, ödənişlərin 5,5%-i bu növün payına düşür.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ildə təsdiq edilib. 17 dekabrda Maliyyə Nazirliyi normativ-hüquqi aktları təsdiq edib. --17D—
-
- Cəmiyyət
- 19 Noyabr 2015 14:45
-
- İqtisadiyyat
- 19 Noyabr 2015 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz