İtaliya iş adamlarına Azərbaycanda investisiya imkanları haqqında
İyulun 9-da Bakı Biznes Mərkəzində Azərbaycan və İtaliya iş adamları arasında görüş keçirilib, deyə Azərbaycanda İnvestisiyaların Təşviqi Fondu məlumat yayıb. AZPROMO bu barədə anons verməmişdi.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq italiylı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Görüş zamanı italiyalı iş adamlarına Azərbaycan iqtisadiyyatının prioritet sahələri, investisiya layihələrinin birgə maliyyələşdirmə imkanları, Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər və investorlara təklif olunan güzəştlər barədə məlumat verilib. Qeyd edək ki, investorlar Sumqayıt Kimya Sənaye Parkında 7 il müddətinə vergidən azaddır. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, bu il iyunun 20-si üçün İİN-ə xarici ölkələr də daxil 20 investisiya layihəsi daxil olub.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin 5 ayında Azərbaycandan İtaliyaya ixrac 5,5% artaraq $2334 mln təşkil edib. İtaliyadan $91,8 mln qiymətində mal idxal edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 3,4% çoxdur. 08D
-
- Cəmiyyət
- 10 İyul 2013 15:20
-
- İqtisadiyyat
- 10 İyul 2013 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz