Paşa Bank kapitalını 28% artırır
Paşa Bank nizamnamə fondunu 50 mln manat və ya 28% artıraraq 228 mln manata çatdırır.
Kapitallaşma 10 min adi adlı sənədsiz səhmin nominalının 17 800 manatdan 22 800 manata artırılması hesabına olacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, müvafiq emissiya prospekti bazar ertəsi dövlət qeydiyyatına alınıb.
Paşa Bank Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri ilə məşğuldur.
Baş ofis və dörd filialı olan Paşa Bankda 207 əməkdaş çalışır. "Europe Banking Avards 2011" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub.
Paşa Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan Paşa şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da Paşa şirkətlər qrupuna daxildir. --15D--
-
- İqtisadiyyat
- 10 İyul 2013 15:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz